Qarabağ

Ermənilər Tərtəri yenə atəşə tutur

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutur.

Bu barədə ” cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 3-ü saat 08:00-dan etibarən düşmən dinc əhalini növbəti dəfə hədəf alır.

Ermənilərin növbəti dəfə atdığı top mərmiləri şəhərin mərkəzi küçələrinə düşür. Nəticədə mülki evlərə, mülki obyektlərə və inzibati ərazilərə ziyan dəyib.

Azərbaycan Ordusu düşmənə lazımi cavab verir, döyüşlər davam edir.

Qeyd edək ki, dünən – oktyabrın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb.

Related posts

MN: Düşmən Goranboy, Tərtər və Ağdamı atəşə tutur

Admin

Prezident: “Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Cəhənnəmə getdi”

Admin

Düşmənin daha bir zirehli tank bölməsi darmadağın edildi – VİDEO

Admin

Leave a Comment