Bölgələr İqtisadiyyat

“Kontakt Home” şəhid ailələrinin kredit borclarını ləğv edir

Kontakt Home” Qarabağın azad olunması uğrunda hazırda aparılan döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir.

Bu barədə “Kontakt Home”un İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib:

“Ordumuzun hazırki ruh yüksəkliyi, döyüş əzmkarlığı və uğurları bizi olduqca sevindirir. İnanırıq ki, bu haqq mübarizəsində qələbə bizim tərəfimizdə olacaq. İgid hərbçilərimiz də ən qısa zamanda sağ-salamat öz doğmalarının yanına qayıdacaq.

Çox istərdik ki, millətimiz şəhid verməsin. Amma döyüş meydanında şəhidin olması qaçılmazdır. Bu savaşda həyatını itirən oğulların Vətənə borcu qalmayıbsa, demək ki, bizə də qala bilməz. Əksinə, bizim onlara vəfa borcumuz var.

Bu borcu ödəmək üçün şəbəkəmiz onların ailə üzvlərinin (valideylərinin, həyat yoldaşları və övladlarının) şirkətə olan kredit borclarını ləğv etməyi öhdəliyinə götürür”.

Qeyd edək ki, “Kontakt Home” həm də hazırki hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırıb. Bundan başqa, səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış hər bir “Kontakt Home” əməkdaşının ailəsinə 500 manat məbləğində birdəfəlik yardım edir.

Related posts

SAS seasonal summer 2018 routes – 5 new destination & 27 new non-stop routes

Admin

Virginia DMV to open new Williamsburg customer service center

Admin

Experts wants us to stop using the Terminator to talk about AI

Admin

Leave a Comment