Qarabağ

Latviyanın müdafiə naziri: “Hərbi əməliyyatlar qanuni olaraq Azərbaycan ərazilərində aparılır” – VİDEO

Latviya Respublikası Baş nazirinin müavini, Müdafiə naziri Artis Pabriks “RigaTV24” telekanalına müsahibəsində hazırda Dağlıq Qarabağ regionunda gedən hərbi əməliyyatlara da toxunub.

“Bu dondurulmuş münaqişə canlı müstəviyə keçib. Ötən il Latviya Seyminin (Parlament) kürsüsündən çıxış edərkən, son dövrlərdə beynəlxalq təşkilatların rolunun azaldığını, milli dövlətlərin öz üstlərinə daha çox məsuliyyət götürdüklərini və bunun da öz növbəsində dialoqları əvəzlədiyini bildirmişdim.

Əgər konkret olaraq Cənubi Qafqazda olan münaqişə haqqında danışırıqsa, deyə bilərəm ki, bizim Xarici İşlər Nazirliyimiz hər iki tərəfin məsələni danışıqlar masası arxasında əyləşərək, sülh yolu ilə həll etməsinə dair Latviyanın mövqeyini dəqiq formada ortaya qoyub.

Ancaq gerçəklik budur ki, 26 ildir ki, işğal olunmuş yeddi rayon, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı həll istiqamətində bir tük qədər irəliləyiş olmayıb. Latviya tərəfi olaraq biz hər hansı münaqişənin sülh yolu ilə həllinə sadiq qalırıq, eyni zamanda, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri prinsipinə tərəfdarıq.

Biz bilirik ki, Azərbaycan hökuməti öz ərazilərinin 20 faizi üzərində nəzarətə malik deyildir. Hazırda baş verən hərbi əməliyyatlar qanuni olaraq de-yure Azərbaycan ərazilərində aparılır”, – deyə Artis Pabriks bildirib.

O, 90-cı illərin əvvəllərində bu əraziləri tərk etməyə məcbur olmuş qaçqınların və bu kateqoriyaya aid şəxslərin nəhayət ki, öz doğma evlərinə geri qayıda biləcəklərinə ümid etdiyini qeyd edib.

Related posts

Qazaxlar Azərbaycanın tərəfindədir!

Admin

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması davam edir

Admin

Düşmən ağır itkilər verməyə davam edir – VİD

Admin

Leave a Comment