Bölgələr

Düşmən “Periscope”da da təxribata əl atır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistanın həyata keçirdiyi növbəti təxribatı qeydə alıb.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan tərəfi “Periscope” vasitəsilə canlı yayımlar edərək Azərbaycan xəritəsinin saxtalaşdırılmış versiyasını nümayiş etdirir və Azərbaycanın bir neçə şəhərində müxtəlif ərazilərin Ermənistan ərazisi olduğunu iddia edir.

“Bu məlumat həqiqəti əks etdirmir və mövcud xəritədə heç bir dəyişiklik olunmayıb.

Vətəndaşlarımızdan xahiş olunur ki, bu kimi məlumatlara etimad göstərməsinlər və hər hansı kiberinsidentlə üzləşdikdə və ya metodiki dəstəyə ehtiyac olduqda www.cert.az saytı və yaxud reports@cert.az e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər”, – deyə məlumatda qeyd olunub.  Xalqtv.az

Related posts

Travel Update – Detroit named second best city for 2018 travel destinations

Admin

Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı – RƏSMİ

Admin

Flights to these big cities will be mega cheap in November

Admin

Leave a Comment