Bölgələr

Türkiyənin Milli Müdafiə Nazirliyindən Ermənistana sərt xəbərdarlıq

Uşaq, qadın, yaşlı demədən Xocalıda qətliam törədən Ermənistan 30 il əvvəl necə idisə, bu gün də eyni şəkildə regionda sülh və sabitliyin bərqərar olmasına əngəl yaradır.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Ermənistanın beynəlxalq hüququn açıq şəkildə pozulması olan və mülki əhali arasında itkilərə səbəb olan hücumunu şiddətlə qınayırıq. Ermənistan dərhal hücumlarını dayandırmalı, ölkə xaricindən gətirilmiş muzdlu əsgərləri, terrorçuları geri göndərməli və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Günahsız dinc əhalini hədəf alan erməni terrorçularla əməkdaşlıq edən PKK-YPG-li terrorçular dərhal bölgəni tərk etməlidir. Əks təqdirdə hər zaman olduğu kimi yenə də məyus olacaqlar”, – deyə Türkiyə MMN bildirib.

Türkiyənin Milli Müdafiə Nazirliyi həmçinin Ermənistan tərəfinin Ankaraya qarşı əsassız iddialarına da cavab verib:

“Ermənistanın ona qarşı Türkiyə təyyarələri və PUA-larının istifadəsinə dair heç bir sübuta əsaslanmayan cəfəng iddiaları həqiqəti əks etdirmir. Üstəlik, bu iddialar öz dəstəkçiləri istisna olmaqla heç kim tərəfindən ciddi qəbul edilmir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələri təkbaşına zəfər əldə edə biləcək imkan və qabiliyyətə, işğal altındakı torpaqlarını qurtaracaq əzm və qərarlılığa sahib olduğunu ötən günlərdə bütün dünyaya göstərib.

Bütün imkanlarımızla xalqını və ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə hüququndan istifadə edən, öz ərazilərini geri qaytarmaq mübarizəsi aparan Azərbaycan türkü qardaşlarımızın bundan əvvəl olduğu kimi, bundan sonra da yanında olacağımızı bir daha vurğulamaq istəyirik.

Ermənistanın hücumlarında şəhid olan Azərbaycan türkü qardaşlarımıza Allahdan rəhmət, bütün Azərbaycan xalqına başsağlığı diləyirik”.

Related posts

Thanks to VR, your office will resemble a tropical island

Admin

Makron İlham Əliyevə zəng etdi

Admin

Bu ölkədə son sutkada 1069 nəfər öldü

Admin

Leave a Comment