Hadisə

Bakıda daha bir sərnişin avtobusu qəza törətdi

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 79 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu yağışlı həva şəraitində yol sürüşkən olduğundan idarəetmədən çıxıb. Nəticədə avtobus yoldan çıxaraq dərəyə aşıb.

Daha sonra istinad divarına çırpılıb. Avtobusda olan sərnişinlər təxliyyə edilib.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.  Xalqtv.az

Related posts

Bakıda kişi qonşusunu bıçaqladı

Admin

Bakıda birmərtəbəli ev yandı

Admin

Kompüter tomoqrafiyasından keçən pasiyentlər yanıq xəsarəti aldılar

Admin

Leave a Comment