Dünya Qarabağ

Çavuşoğludan SON DƏQİQƏ Qarabağ açıqlaması: NATO dərhal Ermənistana…

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ermənistana Azərbaycan torpaqlarından çıxması üçün çağırış etməlidir.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında səsləndirib.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çıxış edən nazir Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə hücumlarını sərt dillə qınayıb: “Ermənistanın dinc əhalisini hədəf alması yeni hadisə deyil. Xocalıda 630-dan çox insan vəhşicəsinə qətl edilmişdi. İyul ayında Ermənistan yenə mülki əhalini hədəf almışdı. İndi isə münaqişə bölgəsində həm hərbi, həm də mülki şəxslərə hücumlar təşkil olunur. Uşaqlar daxil olmaqla, bir çox dinc insan həlak olub. Son günlərdə Ermənistan Gəncə, hətta paytaxt Bakıya raket zərbələri endirməyə başlayıb. Azərbaycan isə öz torpaqlarında mübarizə aparır. Öz torpaqlarını terrorçu və işğalçılardan azad etmək üçün döyüşür. Burada hər kəs Azərbaycana dəstək verməlidir. Amma beynəlxalq qurumlar Ermənistanı dəstəkləyən açıqlamalar verir. NATO Ermənistana geri çəkilmə çağırışı etməlidir”. Xalqtv.az

Related posts

Şəhidimiz Türkiyəni YASA BOĞDU

Admin

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Admin

Cəbhə bölgəsində fəaliyyət göstərən vergi ödəyicilərinə tətbiq edilən maliyyə sanksiyaları ləğv edilib – FOTO

Admin

Leave a Comment