Bölgələr

Tərəfdarları Trampın müalicə aldığı xəstəxananın qarşısına toplaşdı

ABŞ Prezidenti Donald Trampın tərəfdarları onun müalicə aldığı Uolter Rid xəstəxanasının qarşısına toplaşıblar.

TASS agentliyi xəbər verir ki, öz növbəsində Birləşmiş Ştatlar prezidenti avtomobilin şüşəsindən tərəfdarlarına əl yelləyib.

Ağ Evdən məlumatda qeyd olunur ki, prezident avtomobil ilə qısa səyahətdən sonra yenidən müalicə aldığı xəstəxanaya qayıdıb.

Qeyd edək ki, hadisədən bir neçə dəqiqə əvvəl, D.Tramp öz “Twitter” səhifəsindən tərəfdarlarına müraciət edərək müalicə aldığı tibb mərkəzinin önündə toplanan tərəfdarlarının qarşısına çıxmağa hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, oktyabrın 2-də ABŞ prezidenti özünün və xanımı Melaniya Trampın koronavirusa yoluxduğunu demişdi.

Related posts

Bakı polisi vətəndaşlara çağırış edib

Admin

Soon you’ll be able to travel from London to Scotland in just 45 minutes

Admin

Google introduces Neural Networks API in DP of Android 8 Developer Review

Admin

Leave a Comment