Azərbaycan Qarabağ

200 ildə ilk dəfədir, ermənilərin ələ keçirdiyi torpaqları Ali Baş Komandan geri qaytarır

Milli Məclisin bu gün keçiirlən plenar iclasında çıxış edən Komitə sədri Zahid Oruc qeyd edib ki, 27 sentyabrda əks-həmlə əməliyyatı ilə Ordumuzun həyata keçirdiyi Xilaskarlıq və Zəfər yürüşünə dünyada yaşayan bütün azərbaycanlılar hər cür mənəvi və maddi dəstək verir, özlərini müqəddəs müharibənin səngərində hiss edirlər.

Milyonlarla insanımızı birləşdirən ideya vahiddir-son 200 ildə müxtəlif tarixi şəraitdə ermənilərin əlinə keçmiş torpaqlar ilk dəfədir ki, Ali Baş komandanın rəhbərliyi altında geri qaytarılır.Ona görə də indiki döyüşlərə məhz iki əsr əvvəldən gələn mürəkkəb tariximizdə baş verən toqquşmaların millətimizin xeyrinə çevirdiyi indiki məsuliyyətli bir mərhələsindən bəhs edə bilərik.

Digər mühüm məqam ondan ibarətdir ki, bəli, şanlı ordumuz vahiddir, bölünməzdir və bütövlüyü ilə millətimizni, xalqımızın bütün coğrafiyasını və sosial tərkibini təmsil edir, bununla bərabər,1-ci Qarabağ savaşında doğma torpaqlarını anaların qucağında bələkdə tərk edən oğulların indi tankların sükanında öz doğulduqları evlər, o cümlədən bütün işğal olunmuş ərazilərimiz uğrunda igidliklə vuruşduğunu, bütün mərd oğullarımızla birgə olduqlarını da xarici ictimai-siyasi təşkilatlar nəzərə almalıdılar.

İndi hamı şahiddir ki, Ermənitan hərb meydanında məlub olduqca itkilərini diplomatik-siyasi, eləcə də informasiya aləmində bütün çirkli vasitələri işə salması ilə bərpa etməyə çalışır.Ona görə də savaş arealını Cəbrayıldan, Füzulidən, yaxud Ağdərə cəbhəsindən Vaşinqtona, Parisə, yaxud digər paytaxtlara daşımaq istəyir.Amerikanın nümayəndələr palatasında Cek Spayerin təşəbbüsü ilə 1165 saylı qətnamə də dediklərimizə sübutdur.Lakin belə sənədlər Ordumuzun qarşısını ala bilməz.

O biri yandan, ilin iyul ayında “Milli Müdafiə Maliyyəşələşdirmə aktı” adlı qanuna düzəlişlərdə ədaləti-Azərbaycanın hüquqi mövqeyini tanıyanların indi əks mövqe tutmaları ilk növbədə Birləşmiş Ştatların bölgədəki maraqlarına zərbədir.Qarabağ məsələnin qanuni həlli ABŞ-ın mənafelərinə ziyan vurmur.Ona görə də əskər və zabitlərimizdən hər gün yeni yüksəkliklər və düşmənə nöqtəvi zərbələr vurmağı umanlar hərə öz səngərində qalibiyyətimizə töhfə verməlidir.

Related posts

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycan Ordusu ilə bağlı AÇIQLAMA

Admin

Hikmət Hacıyev Ermənistan tərəfdən döyüşən muzdluların məxsus olduğu dövlətlərə müraciət etdi

Admin

Bişkekdə ikinci dəfə fövqəladə vəziyyət elan olundu

Admin

Leave a Comment