Təhsil

Abituriyentlərin qəbul olunduqları məktəbdə qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinə qəbul olunan (əsas yerləşdirmədən sonra) abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti oktyabrın 12-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər 2020-ci il oktyabrın 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Related posts

Məktəblərdə şagirdlərin təhlükəsiz təhsil alması necə təmin edilir? – FOTO

Admin

Təhsil Nazirliyi açıqladı

Admin

Təhsil müəssisələrində tətil elan edilib, karantin rejimi yox – Nazir

Admin

Leave a Comment