Hadisə Səhiyyə

Diş həkiminin qəbulundan sonra üç yaşlı uşaq komaya düşdü və öldü

Diş həkiminin qəbulundan sonra üç yaşlı uşaq komaya düşüb, səhəri gün isə ölüb.

Dəhşətli hadisə Dağıstanın Maxaçkala şəhərində yaşanıb.

İstintaqın versiyasına görə, stomotoloji xidmət zamanı pasiyentin ürəyi dayanıb. Klinikanın həkimləri ilkin yardımdan sonra uşağı xəstəxanaya yerləşdiriliblər, səhəri gün isə uşaq orada dünyasını dəyişib.

Uşağın ölüm səbəbi hələ müəyyən edilməyib. Baş verənlərlə əlaqədar cinayət işi açılıb.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Orenburq şəhərində də analoji hadisə yaşanmışdı. Doqquz yaşlı qız dişi çəkiləndən sonra ölmüşdü. Həkimlər onun narkozdan ayılmadığını bildirmişdilər.

Hadisə ilə bağlı uşağın valideynləri hüquq mühafizə orqanlarına müraciət ediblər. Xalqtv.az

Related posts

What is lampshading? The leggy fashion trend, explained

Admin

Xəstəxanadan qaçmaq istəyən koronavirus xəstəsi eyvandan yıxıldı

Admin

Baş həkimdən PROQNOZ – Koronavirusun ikinci dalğası daha şiddətli olacaq

Admin

Leave a Comment