İdman

Millimizin futbolçusu məhkəmə qarşısında: 3 il həbs oluna bilər

Azərbaycan millisinin və İspaniyanın “Albasete” klubunun futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxacaq.

28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə “Eybar”da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur.

İsrafilovla yanaşı, sözügedən oyunçular barədə də qərar veriləcək. Günahları sübuta yetirilərsə, Enriç və Luna 5 il, İsrafilov isə 3 il müddətinə azadlıqdan məhrum oluna bilərlər. Onlar eyni zamanda zərərçəkmişə təzminat da ödəməli olacaqlar.

San-Sebastyan cinayət məhkəməsinin iclası oktyabrın 14-də olacaq.

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisində çıxış edir.

Related posts

Həbib Qeycini valideynlərinə “bağışlayıb” – VİDEO

Admin

3 Fitness goals you need to ditch immediately, according to a pro

Admin

An entrepreneur shares 20 tips for traveling for free

Admin

Leave a Comment