Dünya

Qırğızıstan prezidenti: “Lazım gələrsə, nəticələr ləğv ediləcək”

Qırğızıstandakı bəzi siyasi qüvvələr parlament seçkilərinin nəticələrindən istifadə edərək dünən gecə respublikada hakimiyyəti ələ keçirməyə çalışıblar.

 

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun mətbuat xidməti tərəfindən xalqa müraciətində bildirilir ki, prezidentin əmri ilə təhlükəsizlik qüvvələri vətəndaşların həyatını təhlükəyə atmamaq üçün atəş açmayıb.

“Dünən gecə bəzi siyasi qüvvələr qanunsuz olaraq dövlət hakimiyyətini ələ keçirməyə çalışdılar. Seçki nəticələrini bəhanə gətirərək ictimai asayişi pozdular. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına itaətsizlik etdilər, həkimləri döydülər və binalara ziyan vurdular. Güc strukturlarına əmr verdim ki, heç bir vətəndaşın həyatını təhlükəyə atmamaq üçün atəş açmayın və qan tökməyin”, – deyə Jeenbekov qeyd edib.

Jeenbekov siyasi partiyaların liderlərini tərəfdarlarını sakitləşdirməyə və ölkədəki vəziyyəti gərginləşdirməməyə çağırıb.

Onun sözlərinə görə, artıq Mərkəzi Seçki Komissiyasına 4 oktyabrda respublikada keçirilmiş parlament seçkilərindəki qanun pozuntularını “hərtərəfli araşdırmasını” və “lazım gələrsə nəticələri ləğv etməsini” təklif edib.

Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstan Respublikasında parlament seçkiləri keçirilib.

Bir qrup vətəndaş çoxsaylı qanun pozuntularını əsas gətirərək, seçkilərin nəticələrini qəbul etmir.

Related posts

Tramp: “Baydenə səs versəniz, gələcəyiniz virusa çevriləcək”

Admin

İran Azərbaycan ordusunu ATƏŞƏ TUTUB? – RƏSMİ

Admin

Ukraynanın Beşinci kanalında Ermənistanın Azərbaycan şəhərlərini atəşə tutmasından danışılıb

Admin

Leave a Comment