Qarabağ

Soltan Məmmədov: “Beynəlxalq təşkilatlar ermənilərin mülki əhalini atəşə tutmasına reaksiya vermir”

Bu gün bütün vətəndaşlarımızın nümayiş etdirdiyi həmrəylik qələbəmizin yaxınlaşdığının göstəricisidir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar ermənilərin mülki əhalini və obyektləri atəşə tutmasına reaksiya vermir:

“Bu, təəssüf doğurur. Biz görürük ki, beynəlxalq təşkilatlar qəbul edilən qərarları icra etmək gücündə deyil. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, beynəlxalq hüququn bütün prinsiplərinə riayət etməklə işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparırıq”.

S.Məmmədov qeyd edib ki, pandemiya qaydalarına riayət etməklə də ordumuza dəstək vermiş olarıq.

Related posts

Nazirlik Gəncə terrorunda hər iki valideynini itirmiş qardaş-bacının xərclərini öz üzərinə götürdü

Admin

Ermənistan çıxılmaz vəziyyətdə: Ordumuza qarşı indi də qız uşaqlarını silahlandırır – FOTO

Admin

63 mülki şəxs qətlə yetirilib, 298 nəfər isə yaralanıb – Baş Prokurorluq

Admin

Leave a Comment