Qarabağ

Azərbaycanda nazirliyin 52 əməkdaşı cəbhəyə yollandı – RƏSMİ + FOTO

Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribata başlayıblar. Azərbaycan Ordusu bu təxribata qarşı əks-hücum əməliyyatları həyata keçirir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev mətbuata açıqlamasında bildirmişdi ki, qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox – on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova  sorğusuna cavab olaraq bildirib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanların içində qurumun da işçiləri də var:

“Qurumun tərkibində olan idman kompleksləri və idarələrdən 52 nəfərlik heyət hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib”. Xalqtv.az

 

 

Related posts

Ermənilərin Ağcabədini atəşə tutması nəticəsində 14 yaşlı uşaq həlak olub – RƏSMİ+FOTO

Admin

Qarabağda Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşan terrorçuların haradan gəldiyi məlum olub

Admin

Cəbhədəki son vəziyyət açıqlanır – CANLI YAYIM

Admin

Leave a Comment