Azərbaycan

Azərbaycanın Fransadakı səfiri: “Parisdə ermənilər səfirliyimizə daş atdılar, şüşələrimizi qırdılar…”

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ermənilərin Parisdəki Azərbaycan səfirliyinin binasını hədəf aldıqlarını açıqlayıb.

 

“Ermənilər səfirliyin qapısına gələrək dəfələrlə təhqir yağdırır, daş atır, şüşələrimizi qırır, yumurta atırlar. Fransanın bir qanuni dövlət kimi buna icazə verməsi normal deyil, bu qəbuledilməzdir”.

Onun sözlərinə görə, səfirlikdə baş verənlərə görə heç kim barəsində cinayət işi başladılmayıb, bu hadisəyə reaksiya verilməyib.

Səfir qeyd edib ki, Fransadakı erməni diasporasının qanunu pozmasına çox sərt reaksiya verilməlidir.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrinə uyğun olaraq Ermənistan Azərbaycan torpaqlarından geri çəkilməlidir.

Mustafayev bildirib ki, Türkiyə başda olmaqla Avropa və Asiya ölkələrinin səfirləri də onu bu məsələdə dəstəklədiklərini bildiriblər.

“Bu gün biz Ermənistanı beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi ərazilərdən çəkilməyə dəvət edirik. Bundan sonra, Azərbaycan beynəlxalq zəmanət də istəyir. Çünki son 30 il Azərbaycanın bütün səylərinə baxmayaraq, Ermənistanın təxribat xarakterli hərəkətləri, diqqəti yayındırması və prosesi dalana dirəməsi ilə keçdi. Bu, İrəvanın siyasətinə heç bir şəkildə etibar edilə bilməyəcəyini göstərir. Ermənistanın birtərəfli vədlərinə ehtiyacımız yoxdur, beynəlxalq zəmanət istəyirik”.

O, mülki əraziləri bombalayaraq hərbi cinayətlər törədən Ermənistanın beynəlxalq humanitar hüquq çərçivəsində mühakimə edilərək cəzalandırılmalı olduğunu vurğulayıb.

Related posts

Ərdoğan: “Azərbaycandakı faciələrin arxasında Fransa dayanır”

Admin

Xameneinin müşaviri: “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir”

Admin

Xalq Ali Baş Komandanı istiqlal sərkərdəsi adlandırır – MÜRACİƏTLƏR

Admin

Leave a Comment