Azərbaycan

Prezident İlham Əliyev: “Hesab edirəm ki, atəşkəs çağırışları sadəcə çağırış olmamalıdır”

“Hesab edirəm ki, atəşkəs çağırışları sadəcə çağırış olmamalıdır. Biz dəfələrlə demişik ki, işğalçı dövlətə, Ermənistana sanksiyalar tətbiq edilməli idi. Əgər vaxtında sanksiyalar tətbiq edilsəydi, bəlkə də bu məsələ çoxdan həll olunardı. Ermənistana qarşı çox ciddi təzyiq göstərilməliydi, sözdə deyil, əməldə. Amma təəssüf ki, bu, olmadı. Ona görə bu proses 30 il çəkdi”.

Prezident İlham Əliyev bu fikri CNN-Türk televiziyasına müsahibəsində aparıcının atəşkəs çağırışları ilə bağlı sualına cavabında səsləndirib.

“Otuz il heç bir nəticə verməyən danışıqlar artıq mənasını itirməkdədir. Bundan əlavə, son dönəmdə Ermənistanın hərbi-siyasi rəhbərliyi həm təcavüzkar hərəkətlərlə, eyni zamanda, aqressiv bəyanatlarla danışıqlar prosesini məhv etdi. Yəni, ona çox böyük zərbə vurdu. “Qarabağ Ermənistandır” demək, əslində, müzakirələrə son qoymaq deməkdir. Çünki müzakirələrin əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar tədricən, mərhələli qaydada Azərbaycana qaytarılmalıdır. Bu, əsas prinsiplərdə təsbit olunub. “Qarabağ Ermənistandır” demək faktiki olaraq bu prosesə son qoyur”, – deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti vurğulayıb ki, atəşkəsin bərpası şərtlərlə təmin edilməlidir: “İlk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxış təqvimi, yəni, çıxış cədvəli bizə təqdim edilməlidir. Bu məsələ ilə bağlı biz Minsk qrupuna artıq öz mövqeyimizi çatdırmışıq. Ümid edirəm ki, bizim bu çağırışlar, bu təkliflər cavabsız qalmayacaq”.

Related posts

İlham Əliyev Azərbaycan xalqına müraciət edib – YENİLƏNİB + VİDEO

Admin

Ekspert: “Azərbaycan qoşunları xeyli irəliləyib

Admin

Azərbaycandakı dini icmalar ordumuzun qələbə qazanması üçün dua etdilər – FOTO

Admin

Leave a Comment