Dünya

Qırğızıstandan qəribə görüntü: Məmur və polis ağaca bağlandı – VİDEO

Parlament seçkilərinin nəticələri ilə bağlı iğtişaşların yaşandığı Qırğızıstanda daha bir qəribə görüntü sosial şəbəkələrdə paylaşılıb.

Kadrlarda iki kişinin ağaca bağlandığı görünür.

Kadrlar Kum Dobo kəndindəndir. Ağaca bağlananlar isə kənd sovetinin başçısı və sahə polisidir.

Bildirilir ki, sakinlər kənd sovetinin başçısının yanına gələrək, onun istefasını tələb ediblər, o isə polis çağırıb və insanlara silahdan atəş açmağa başlayıb.

Bundan qəzəblənən sakinlər onları ağaca bağlayıblar.

Hadisə nəticəsində zərərçəkənin olmadığı bildirilir.

Related posts

Paşinyanın məğlubiyyəti və status-kvonun Azərbaycanın xeyrinə dəyişməsi – ŞƏRH

Admin

Xameneinin müşaviri: “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir”

Admin

London aeroportunda qadın sərnişin xeyli miqdarda nağd pulla saxlanıldı

Admin

Leave a Comment