Dünya Qarabağ

Ruhanidən Qarabağ açıqlaması

Ermənistanın Dağlıq Qarabağı işğalından qaynaqlanan münaqişə regional müharibəyə çevrilməməlidir.

Bunu İran prezidenti Həsən Ruhani deyib.

Nazirlər Kabinetinin iclasında çıxış edən Ruhani bildirib ki, ölkələrimizin yerləşdiyi bölgə çox həssas və əhəmiyyətlidir: “Qarabağda iki ölkə arasında başlayan münaqişə sərhədlərimizin dibindədir. “Katyuşa” raketləri, səhra topları və digər sursatların sərhədlərimizə düşməsi qəbuledilməzdir”.

O, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefon danışığı həyata keçirdiyini xatırladıb.

H.Ruhani millətləruin hüquqlarına və dövlətlərin ərazi bütövlüyünə hörmət edilməli olduğunu dilə gətirib: “Bütün dövlətlər qonşularının hüquqlarını tanımalıdır. İşğal heç bir şəkildə bizim üçün qəbuledilən deyil”.

O, Azərbaycan xalqının hüquqlarına hörmətlə yanaşdıqlarını və Azərbaycanın ərazi bütövlüyünün qorunmasını istədiklərini vurğulayıb.

Related posts

QHT-lər Ermənistanın uşaqlardan müharibədə istifadə etməsinə görə beynəlxalq qurumlara müraciət etdi

Admin

Danimarkadan Azərbaycana BÖYÜK DƏSTƏK: Ermənistan təcili…

Admin

Düşmən yenə Gəncəni hədəf aldı – VİDEO

Admin

Leave a Comment