Dünya

Rusiyalı mesenat beş nəfəri piratların əlindən xilas edib – FOTO

Rusiyalı sahibkar, milyarder, mesenat Oleq Deripaska Nigeriyada beş nəfəri piratların girovluğundan xilas edib.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, dəniz quldurları elmi gəmiyə hücum edərək üç dənizçini – Aleksey Perfilyev, Valentin Neçay və Vyaçeslav Seçini qaçırıb. Onlar Laqos yaxınlığında çadır düşərgəsində beş ay qalıblar. Bu müddət ərzində onlar girovları döyüb, təhqir ediblər. Həmçinin girovlar malyariya ilə də mübarizə aparmalı olublar.

Piratlar əsirlərin qohumlarına ismarıc yollayaraq pul istəyiblər.

Əlləri hər yerdən üzülən qohumlar O.Deripaska müraciət edərək ondan kömək istəyiblər.

Qeyd edək ki, rusiyalı milyarderin Nigeriyada “Alskon” alüminium zavodu var. Buna görə, insan oğurluğunun adi hal olduğu Nigeriyada baş verənlərdən xəbərdardır.

Onun yardımı ilə nəinki üç rusiyalı, həmçinin bir ukraynalı və bir qvineyalı xilas edilib.

Yaxın günlərdə onlar vətənlərinə qaytarılacaqlar.

 

Related posts

Rusiyada məktəb müəllimi dörd yaşlı oğlunu asdı

Admin

Rusiyada dizel yanacağı çaya töküldü, fövqəladə vəziyyət elan edildi

Admin

Peskov: “Rusiya KTMT-yə görə Qarabağ qarşısında yox, Ermənistan qarşısında öhdəlik daşıyır”

Admin

Leave a Comment