Azərbaycan

Tarixçi alim: Əgər Ermənistan iradə göstərsəydi və…

Onlar ərazilərimizi tərk etməlidir və yalnız bundan sonra müharibəyə son qoyula bilər. Hərbi əməliyyatların dayandırılması barədə yalnız Ermənistan tərəfi bizim şərtləri qəbul etdikdən sonra danışmaq olar.

Sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova deyib.

“Təbii olaraq münaqişələr beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməlidir. İkinci Dünya müharibəsindən sonra beynəlxalq səviyyədə bütün dövlətləri və dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq təşkilat var. Bu da Birləşmiş Millətlər Təşkilatıdır. BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi qəbul edilib. Lakin hüquq normativlərinə, beynəlxalq hüquqa məhəl qoymadan onun qəbul edilən qətnamələrini nəinki ciddiyə almayan, 27 il ərzində yerinə yetirilməsi barədə irəli bir addım belə atmayan işğalçı dövlət olduğu pozisiyasını saxlamağa davam edir. Üstəlik, 27 il ərzində, 1994-cü ildən bəri davamlı olaraq atəşkəs rejiminə də əməl etmədi. Demək olar ki, hər gün cəbhəboyu bu və ya digər şəkildə atəşkəs rejimi pozulurdu.

Odur ki, BMT səviyyəsində 4 qətnamədən əlavə olaraq təcavüzkar dövlətə növbəti sanksiyalar tətbiq olunmalı idi. Əgər beynəlxalq təşkilat özünün qəbul etdiyi qətnamələrin icrası ilə bağlı heç bir öhdəlik götürmürsə, onun yerinə yetirilməsini təmin etmək yolunda heç bir mexanizm işləmirsə, bu, o deməkdir ki, o qətnamələrin heç bir icra gücü olmayacaq” , – F.Əhmədova bildirib.

Related posts

Vilayət Eyvazovdan yeni TƏYİNAT – FOTO

Admin

Sankt-Peterburqdakı azərbaycanlılar erməni həkimlə bağlı xəstəxana rəhbərliyinə müraciət etdi

Admin

Prezident: “Günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alacağıq”

Admin

Leave a Comment