Dünya

Tramp Rusiya ilə “əlaqələri” barədə bütün məlumatları məxfiləşdirməyə icazə verdi

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə əlaqəli bütün sənədlərin məxfiləşdirilməsi barədə əmr verdiyini bəyan edib.

Həmçinin, o, ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun şəxsi server vasitəsilə göndərdiyi yazışmalarla əlaqəli məlumatları da ictimaiyyətə açıqlamağa qərar verib.

“ABŞ tarixindəki ən böyük siyasi cinayət – Rusiyanı aldatma ilə əlaqəli (sənədlərlə bağlı) bütün sənədlərin tamamilə məxfiləşdirilməsi barədə əmr verdim. Həm də Hillari Klintonun elektron poçtu ilə əlaqəli qalmaqalla bağlı. Heç bir düzəliş olmadan”, – deyə Tramp “Twitter” səhifəsində yazıb.

Digər bir açıqlamasında isə ABŞ lideri “Rusiya ilə sövdələşmə” haqqında bütün məlumatları çoxdan məxfilikdən çıxardığını xatırladıb.

“Ölkəmiz üçün, təəssüf ki, insanlar çox ləng hərəkət etdilər, xüsusən də bunun ölkəmizin tarixindəki ən böyük siyasi cinayət olduğunu nəzərə alaraq. Hərəkət edin!”, – deyə dövlət başçısı əlavə edib.

ABŞ hakimiyyəti Rusiyanı 2016-cı ildəki seçkilərə müdaxilə etməkdə günahlandırıb, Moskva isə bundan imtina edir. Hazırkı dövlət başçısının Rusiya ilə “əlaqələri” barədə təsdiqlənməmiş hesabata əsasən, ABŞ kəşfiyyat agentlikləri Trampın işçilərini izləyirlər.

Sonradan “rus işi” xüsusi prokuror Robert Müller tərəfindən araşdırılıb və o, “razılığa” dair heç bir dəlil tapmayıb. Xalqtv.az

Related posts

Fransız millət vəkili ölkəsini BİABIR ETDİ

Admin

Fuad Muradov Rumıniyada erməni diasporunun fəaliyyətinə qarşı addımları müzakirə edib – FOTO

Admin

İstanbulda Televiziya və Radio Qülləsi üçrəngli bayrağımızın rənglərinə büründü – FOTO

Admin

Leave a Comment