Qarabağ

Ağcabədi rayon orta məktəbin direktoru: “Biz qələbəyə inanırıq”

Düşmən tərəfindən intensiv atəşə tutulan Ağcabədi rayonunda hər şey qaydasındadır. Əhali öz evlərində, yaşayışımız öz qaydasındadır. Əsgərlərimizdən qələbə xəbərini gözləyirik”.

Bu sözləri Ağcabədi rayon 1 nömrəli orta məktəbin direktoru Səadət Kazımova deyib. O bildirib ki, məktəbin müəllimləri, rayonun sakinləri hər kəs öz evindədir:

“Biz illərdir düşmənin atəş səslərinə öyrəşmişik. Bu bizi qorxutmur. Əhalidə ruh-yüksəkliyi var. Ali Baş Komandanımıza inanırıq, güvənirik. Bu gün Ağcabədini heç kim tərk etmir, etməyəcək də. Hər kəs qələbəyə inanır. Baxmayaraq ki, düşmən atəşinə məruz qalır, amma Ağcabədidə heç bir problem yoxdur”.

S.Kazımova deyir ki, bu gün hər kəsin əlində üçrəngli şanlı bayrağımız var:

“Əsgərlərimiz bu gün hər şeylə tam təmin olunublar. Əhali də onlara dəstək olmaq üçün daim müsbət əhval-ruhiyəyə köklənir. Bu gün o əsgərlərin hər biri mənim balamdır. Biz hamımız cəbhədəki oğulların anasıyıq. Onlar üçün dua edirik. Tezliklə Azərbaycanın işğal altında olan bütün torpaqları işğaldan azad olunacaq”.

Related posts

İlham Əliyev: “Biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq”

Admin

Ermənistanın növbəti terrorunun azyaşlı qurbanı olan Aysunun məzarının görüntüləri – VİDEO

Admin

Fransada erməni lobbisinə böyük zərbə: Cəbhədə düşmən təxribatı ilə bağlı reportaj yayımlandı – VİDEO

Admin

Leave a Comment