Dünya

İtkin düşdüyü deyilən Qırğızıstan prezidenti tapıldı

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Bişkekdədir və ölkədəki vəziyyəti qanuni yoluna qaytarmaq üçün bütün siyasi qüvvələrlə danışıqlar aparır.

Bu barədə onun mətbuat xidmətinin rəhbəri Tolqonay Stamaliyev bəyan edib.

Qeyd edək ki, ölkənin Təhlükəsizlik Şurası rəhbərinin müavini Omurbek Suvanəliyev “İnterfaks”a müsahibəsində S.Jeenbekovun və ölkənin baş naziri Qubatbek Boronovun yerinin məlum olmadığını bildirmişdi. O, təhlükəsizlik məqsədilə sərhədlərin bağlanılması barədə qərar verildiyini vurğulamışdı.

Suvanəliyevin sözlərinə görə, ölkənin birinci şəxsləri etiraz aksiyaları başlayandan bəri ictimaiyyət arasında görünməyiblər. İnternetdə prezidentin bir neçə müraciəti səsləndirilsə də, onların harada yazıldığı məlum deyil. Xalqtv.az

Related posts

Oktyabrın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi və mənim mövqeyim elə idi ki, bu humanitar xarakter daşımalıdır və həlak olanların cəsədlərinin dəyişdirilməsi, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərd şəkildə, gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra oktyabrın 17-də yeni atəşkəs qüvvəyə mindi. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində Ermənistanın atəşkəsi davamlı olaraq pozması barədə danışarkən deyib. “İndi bu gün səhər saat 8-dən yeni bir təklif verildi. Ancaq səhər 9-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı. Ancaq mən yenə də göstəriş vermişəm ki, hələlik Azərbaycan Ordusu özünü təmkinlə aparsın, təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, ya sülh yolu ilə. Mən təklif etmişəm ki, əgər istəyirsinizsə sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır”, – deyə dövlətimizin başçısı bildirib. Prezident qeyd edib ki, Ermənistanın bizim torpaqlardan, işğal edilmiş rayonlarımızdan çıxmasının vaxtı barədə konkret cədvəl verilməlidir. Ermənistan bu cədvəli verməyib. Əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz.

Admin

Asma körpü çökdü: Ölənlər var

Admin

Qırğızıstandan qəribə görüntü: Məmur və polis ağaca bağlandı – VİDEO

Admin

Leave a Comment