Hadisə+Cinay't

Qubada ev yandı: Ölən var

Quba rayonunda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Quba rayonunun Ördüc kəndində (rayon mərkəzindən 60 kilometr aralı, mürəkkəb relyefli dağlıq ərazi) ümumi sahəsi 80 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları və əşyaları yanıb.

Yanğın yerinin araşdırılması zamanı ev sahibi 1932-ci il təvəllüdlü Qeyibov Səfərəli Hacəli oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Daha bir yanğın hadisəsi Şirvan şəhərində olub. Ümumi sahəsi 24 kvadrat metr olan köməkçi tikilinin tavanı yanıb.

Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Related posts

Sabunçuda ikimərtəbəli evdə yanğın

Admin

Bakıda ər həyat yoldaşının ölümünə səbəb oldu – FACİƏVİ HADİSƏ

Admin

Qazax sakinindən silah tapıldı – FOTO

Admin

Leave a Comment