Azərbaycan

Xalq Ali Baş Komandanı istiqlal sərkərdəsi adlandırır – MÜRACİƏTLƏR

Azərbaycan vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə sentyabrın 27-də mənfur ermənilərin növbəti təxribatından sonra Ali Baş Komandanın rəhbərliyilə başlayan əks-hücumlar alqışlanır.

Xalq Prezidentlə qürur duyur, hər bir çıxışı heyranlıqla izləyir. Onlar Prezidenti xalqımızın istiqlal sərkərdəsi adlandırıb.

İlham Əliyev Qarabağın azadlığı uğrunda zəfər qazanmaq üçün Azərbaycanı güclü iqtisadiyyatı, güclü ordusu olan ölkəyə çevirib. Yüksək kürsülərdən Ermənistana xəbərdarlıq etməyi, əsgərlərini Azərbaycan torpağından çıxarmaq üçün vaxt verməyi Prezidentimizin humanistliyi adlandırılıb.

Xalqımız sonsuz əminliklə bilir ki, şanlı ordumuzun başladığı bu zəfər yürüşünün nidası Şuşaya, Xankəndinə Azərbaycan bayrağı sancılanda qoyulacaq.

Related posts

Ceyhun Bayramovun Mayk Pompeo ilə görüşü nəzərdə tutulub

Admin

Ermənistan cinayətləri mövzusunda beynəlxalq konfrans keçirilir – CANLI YAYIM

Admin

Türkiyə Milli Müdafiə Nazirliyi: “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”

Admin

Leave a Comment