Dünya

Amerika Konqresindəki demokratlar Trampı vəzifəsindən kənarlaşdırmağa başladılar

ABŞ mətbuatı xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi və konqresmen demokrat Ceymi Raskin Prezident Donald Trampın fiziki və psixi sağlamlığını qiymətləndirmək üçün xüsusi komissiyanın yaradılması barədə qanun layihəsini hazırlamağa başlayıblar.

Komissiyanın qərarına əsasən, Konqres ABŞ prezidentinin vəzifələrini yerinə yetirə bilməməsi səbəbindən kənarlaşdırıla biləcəyi barədə nəticəyə gəlməlidir.

Bu hüquqlar Konqresə Konstitusiyaya olunan 25-ci dəyişikliyə əsasən təqdim olunub və kabinet üzvlərinin əksəriyyəti və vitse-prezident tərəfindən səsverməyə əsasən prezident səlahiyyətlərini icra edə bilməyəcəyi təqdirdə vəzifəsindən kənarlaşdırıla bilər.

Komissiyanın yaradılması barədə təklif N.Pelosi və C.Raskin tərəfindən cümə günü təqdim olunacaq. Nümayəndələr Palatası aparatının qeyd etdiyi kimi, komissiyanın nəticələri “icra hakimiyyətində ən yüksək vəzifədə təsirli və davamlı rəhbərliyin təmin olunmasına kömək edəcək”.

D.Tramp özü demokratların təşəbbüsünə cavab olaraq, “Twitter” hesabında Pelosini “dəli Nensi” adlandıraraq, onun özünün nəzarət altına alınmasının lazım olduğunu yazıb.

Dövlət başçısının müalicəsində iştirak edən həkimi Şon Konli D.Trampın ictimai fəaliyyət də daxil olmaqla, şənbə günündən etibarən tam iş qrafikinə qayıda biləcəyini söyləyib.

Ağ Evdə həkimin koronavirusa yoluxmuş D.Trampın səhhəti ilə bağlı yaydığı memoronduma əsasən prezidentin koronavirusla bağlı müalicəsinin tamamlandığı, Ağ Evə qayıtdıqdan sonra onun vəziyyətinin stabil olduğu və şənbə günü xalqın qarşısına çıxa biləcəyi qeyd edilir.

Şon Konli D.Trampın müalicə kursuna “son dərəcə müsbət” cavab verdiyini vurğulayıb. Xalqtv.az

Related posts

Azərbaycanın İtaliyadakı səfiri: “Paşinyan oyuncaq rejim üçün Ermənistanda ərazi ayırsın”

Admin

Mustafa Şentop: “Bölgədə qalıcı sülhün tərəfdarıyıq”

Admin

Tramp Çini hədələdi

Admin

Leave a Comment