Azərbaycan

Azərbaycan yalnız bu halda müzakirə masasına oturacaq – Şamil Ayrım AÇIQLADI

Əvvəlcə 12 iyulda Ermənistan Azərbaycanın dinc əhalisinə hücuma başladı. Sərhədi və atəşkəsi pozdular. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu ilə ermənilər geri oturduldu. 27 sentyabrda yenidən Ermənistan ordusu tərəfindən Azərbaycanın dinc əhalisi və mülki yaşayış obyektləri hədəf seçildi. Yenə Azərbaycan Silahlı Qüvvələri lazımi tədbirləri gördü”.

Bu sözləri  özəl açıqlamasında Türkiyə Böyük Millət Məclisinin İstanbul millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Millət vəkili bildirib ki, Ermənistanın Azərbaycanın dinc əhalisini hədəf alan siyasəti yeni deyil: “1992-ci ildə Xocalıda həyata keçirilən qətliam hələ də hafizələrimizdə yaşayır. Dünya ictimaiyyəti də yaşlı, uşaq, qadın demədən öldürülən 613 dinc sakindən xəbərdardır”.

Ş.Ayrım qeyd edib ki, Ermənistanın hazırda dinc əhaliyə və mülki infrastrukturlara raket və ağır artilleriya ilə hücumları davam edir: “300 km mənzilli raketlərlə mülki yaşayış yerlərinə qarşı təxribat törədirlər. Ermənistan bununla Azərbaycanı öz torpaqlarında savaşa sürükləməyə çalışır. Amma Azərbaycan əks-hücum əməliyyatlarını diqqətli şəkildə davam etdirir. Qəti şəkildə Ermənistan ərazisinə keçmək haqqında düşünmür. Çünki Azərbaycan öz ərazilərini işğaldan azad etmək niyyətindədir. Ermənistan Azərbaycanı öz torpaqlarına sürükləyərək Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yardım tələb etmək və dünya ictimaiyyətinin diqqətini çəkmək istəyir. Amma hazırkı mənzərə bundan ibarətdir ki, Azərbaycan Ordusu qətiyyətli şəkildə işğal altındakı ərazilər istiqamətində irəliləyir”.

O bildirib ki, hazırda gəlinən mövcud nəticə daha əhəmiyyətlidir: “Azərbaycan ATƏT-in Minsk Qrupuna güvənmir. Çünki bu qrup 30 ildir münaqişənin sülh yolu ilə həll olunacağını vəd edirdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə də tətbiq olunmadı. Halbuki, həmin qətnamələr Azərbaycanın 20 faiz ərazisinin işğal altında olduğunu, Ermənistanın işğalçı tərəf olduğunu bəyan edən qərarlardır. ATƏT-in Minsk Qrupu da beləliklə, “sinifdə qaldı”. Azərbaycan da Minsk Qrupunun həmsədrləri – Fransa, ABŞ və Rusiya ilə bu işin həll olunmayacağını gördü. Azərbaycan Prezidenti İlham Əliyev isə Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyan edir ki, ermənilər işğal olunmuş torpaqlardan geri çəkilməlidir. Nə zaman hansı bölgələrdən çəkiləcəklərinə dair təqvim planı verilməlidir. Bununla yanaşı, Minsk Qrupuna paralel quruluş olmalıdır. Yalnız bundan sonra atəşkəs müzakirə mövzusu ola bilər”.

Millət vəkili Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakı səfəri və prezidentlə görüşündən də bəhs edib: “Görüşdə, hər şeydən əvvəl, Cənab İlham Əliyevin yüksək əhval-ruhiyyədə olduğunu gördük. Ona Türkiyə xalqı və hökumətinin salamlarını çatdırdıq. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın dəstək mesajlarını dilə gətirdik. Təbii ki, cənab Əliyev bundan son dərəcə məmnun qaldı. Bu dəstək Azərbaycan üçün böyük motivasiya qaynağıdır. Azərbaycanın Türkiyəni arxasında hiss etməsi xalqda arxayınlığı da artırıb. Dolayısı ilə Azərbaycanda hazırda birlik, bərabərlik, milli hissiyyat ən yüksək səviyyədədir. Cəbhədə hər gün irəliləyiş əldə olunur. Təmənnamız budur ki, ən qısa müddətdə Qarabağda Azərbaycan bayrağı dalğalansın. Hazırkı vəziyyəti yaxşı qiymətləndirir və müsbət nəticə əldə edəcəyimizə inanırıq”.

“Nə İlham Əliyevlə görüşümüzdə, nə də Xarici İşlər naziri Ceyhun Bayramovla toplantılarımızda Mövlud Çavuşoğlunun Bakıya səfərində yanında Qarabağ münaqişəsinin həlli planı gətirməsi ilə bağlı mövzu danışılıb. Qarabağ münaqişəsinin həll yolu Prezident İlham Əliyevin dediyi kimidir – Ermənistan Qarabağ və ətraf ərazilərdən geri çəkiləcək. Ondan sonra müzakirə masasında oturulacaq. Türkiyə də bu həll yolunu hər bir platformada dəstəkləyir. Görüşlərimizdə müzakirələr də bu istiqamətdə aparıldı. Bu münaqişənin Azərbaycanın bəyan etdiyi formadan başqa həll yolu yoxdur”, – millət vəkili Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakı səfərinin əsl məqsədinin Qarabağ münaqişəsinin həlli planı gətirməsi olduğu iddialarına cavabında deyib.

TBMM rəsmisi vurğulayıb ki, Fransanın Ermənistan tərəfində dayanması, vasitəçi ölkə olmasına baxmayaraq, münaqişə tərəflərindən birinin tərəfindən mövqe sərgiləməsi qəbuledilməzdir.

Related posts

Prezident: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq, heç vaxt”

Admin

Fuad Muradov Rumıniyada erməni diasporunun fəaliyyətinə qarşı addımları müzakirə edib – FOTO

Admin

İlham Əliyev Azərbaycan xalqına müraciət edib – YENİLƏNİB + VİDEO

Admin

Leave a Comment