Azərbaycan Dünya

Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi

Azərbaycan və Ermənistan xarici işlər nazirləri cümə günü Moskvada Dağlıq Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrdə iştiraklarını təsdiqləyiblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

Onun sözlərinə görə, hazırda bu tədbir üçün hazırlıqlar davam edir.

“Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi. Aktiv hazırlıqlar davam edir”, – deyə o bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin müzakirələrin aparılması üçün Azərbaycan və Ermənistan XİN rəhbərlərini bu gün Rusiyaya dəvət edib. Xalqtv.az

Related posts

İqor Korotçenko: “İrəvan çox təhlükəli oyun oynayır”

Admin

Ruhanidən Qarabağ açıqlaması

Admin

Türkiyə səfiri: “Ermənistan terrorçuları Şimali İraqdan Qarabağa göndərib”

Admin

Leave a Comment