Azərbaycan

Paşinyan Əliyevə təslim oldu, artıq o… – AÇIQLAMA

Nikol Paşinyan Prezident İlham Əliyevə təslim oldu”.

Bu sözləri politoloq Tofiq Abbasov Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları qarşısında məğlub olan Ermənistanın Baş naziri Nikol Paşinyanın hazırkı vəziyyətindən danışarkən bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan Ordusunun ard-arda cəbhədə qazandığı uğurlar düşməni qorxuya salıb: “Hazırda Ermənistanın baş naziri Nikol Paşinyan ağ bayraq qaldırır. Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan artıq kapitulyasiya olmaq astanasındadır”.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bir daha əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olduğunu bir daha sübut etdi: “Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi. Çünki Azərbaycanın milli maraqları İlham Əliyev üçün ən ali dəyərdir. Qürur duyulası haldır ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan silahlı qüvvələri çox qısa müddətdə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Bundan sonra Ermənistana onilliklər lazım olacaq ki, özünə ordu qursun”.

T.Abbasovun sözlərinə görə, baş naizirin yarıtmaz siyasəti Ermənistanı ağır sosial-iqtisadi vəziyyətlə üz-üzə qoyub: “Cəbhədəki məğlubiyyətləri bu ölkədə əhali arasındakı ruh düşkünlüyünü daha da gücləndirib. Artıq uçurumun kənarına gəlib çatdığını anlayan Paşinyan çıxış yolunu təslim olmaqda görür. Beləliklə, döyüş meydanında Azərbaycan əsgərlərinin əldə etdiyi uğurlar diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir. Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır”.

Related posts

Nazirlər Kabinetinin bir səlahiyyəti ləğv olundu

Admin

Şeyx: “Ermənistan işğal etdiyi torpaqlarımızda məscidlərimizin mənşəyini dəyişdirib”

Admin

Dəyəri milyardlarla ölçüləcək torpaqlarda… – Firudin Tağıyev

Admin

Leave a Comment