Dünya Qarabağ

Paşinyanın məğlubiyyəti və status-kvonun Azərbaycanın xeyrinə dəyişməsi – ŞƏRH

Sentyabrın 27-dən etibarən Qarabağda ermənilərin təxribatı nəticəsində pozulan atəşkəs rejimi hərbi əməliyyatlarla müşayiət olundu.

Azərbaycan ordusu bunadək də atəşkəs rejimini pozmağa cəhd edən Ermənistan Silahlı Qüvvələrinin qarşısını almaq üçün əks-hücum əməliyyatı keçirməyə başladı.

İlk gündən ordumuz özünün nə dərəcədə gücə malik olduğunu göstərə bildi. Peşəkar zabit heyətinin başçılıq etdiyi inzamlı əsgərlərdən ibarət şanlı ordumuz artıq strateji əhəmiyyətə malik Murovdağ yüksəkliyini, oktyabrın 3-də isə Mataqizi, indiki adı ilə desək, Suqovuşanı işğaldan azad etdi.

Bununla da ordumuz şimal və şimal-şərq istiqəmətində düşmən üzərində üstünlüyə malik oldu. Həmçinin, 1993-cü ildən işğal altında olan Cəbrayıl şəhəri və eyniadlı rayonun bir neçə kəndi oktyabrın 4-də ermənilərdən geri alındı. Bu gün isə prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan Ordusu Hadrut qəsəbəsi və bir neçə kəndi işğaldan azad edib.

Düşmən bu əks-hücumlar nəticəsində kifayət qədər itki verdi. Hətta ordumuzun sarsıdıcı zərbələri nəticəsində düşmən tərəf öz hərbi texnika və ərzaq təminatlarını qoyub qaçmalı oldu. Məhz bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan danışıqlar masası ətrafında oturmaq haqda fikirlər səsləndirməyə başladı.

Halbuki Paşinyan bundan əvvəl “Qarabağ Ermənistandır. Nöqtə” deməklə aşkar şəkildə ərazilərimizi özümüzə qaytarmaqla bağlı güzəştə getməyəcəyini bildirirdi. Ordumuzun uğurlu hərbi əməliyyatı, ölkə başçısı və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli qərarları Paşinyanın hərbi sahədə uduzması ilə nəticələndi.

Ölkə başçısı dəfələrlə bəyan etdi ki, Azərbaycan uğurlu hərbi əməliyyata baxmayaraq, itkilərin qarşısının alınması üçün sülh danışıqlarına hazırdır. Bir şərtlə ki, Ermənistan tərəfi Qarabağa olan iddialarından tam əl çəksin. İlham Əliyev aşkar şəkildə bildirdi ki, düşmənə öz ordusunu çəkmək üçün vaxt qrafiki veriləcək. Ölkə başçısının köməkçisi Hikmət Hacıyev də çıxışlarında aşkar şəkildə vurğuladı ki, Azərbaycanın müharibəsi erməni xalqı ilə yox, torpaqlarımızı işğal etmiş qəsbkarlarladır.

Artıq Azərbaycanın hərbi sahədəki uğuru danışıqlar masası ətrafında status-kvonu xeyrimizə dəyişdirdi. İndi danışıqlarda diktə edən tərəf Ermənistan yox, Azərbaycandır. Çünki hərbi əməliyyatlardan sonra Azərbaycan ordusu kifayət qədər ərazi üstünlüyünə malik oldu. Əlavə itkilərdən qaçmaq üçün diplomatik səviyyədə uğur davam etdirilməlidir. Paşinyanın məğlubiyyəti, İlham Əliyevin qələbəsi diplomatiyada da davam etdirilməlidir.

Lakin diplomatik danışıqların bərpa olunması hələ hərbi əməliyyatların sonlandırılması demək deyil. Hərbi əməliyyatlar düşmən tərəf Azərbaycanın diqtə etdiyi şərtləri yerinə yetirənədək davam etdirilməli və etdiriləcək də! Xalqtv.az

Related posts

Düşmənə məxsus “Su-25” təyyarəsi məhv edildi – RƏSMİ

Admin

Baş Prokurorluq Qarabağda döyüşən bu şəxslərə cinayət işi açdı

Admin

Ukrayna Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

Admin

Leave a Comment