Azərbaycan

Ali Baş Komandan prinsipial və cəsarətlidir – Elçin Mirzəbəyli

Əgər 200 illik plana, 30 illik işğala bir neçə gündə son qoyulacağını düşünürüksə, deməli yanılırıq. Ortalıqda bütün detalları razılaşdırılmış, imzalanmış, ratifikasiya edilmiş heç bir razılaşma yoxdur! Əgər olacaqsa da Azərbaycan Prezidentinin çox açıq və imperativ şəkildə elan etdiyi şərtlər çərçivəsində olacaq. İndi sadəcə humanitar atəşkəs və əsəb müharibəsi elan olunub!B

Bu sözləri politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, birliyimizi, bütövlüyümüzü, döyüş ruhumuzu qorumalı, düşmənə onu sonadək əzmək gücündə olduğumuzu nümayiş etdirməli, bircə an da olsun belə ruhdan düşməməliyik:

“Ordumuz 12 gün ərzində Ermənistan hərbi birləşmələrini darmadağın edib, düşmənin hərbi potensialına onun indiki iqtisadi imkanlarıyla on illərlə bərpa edə bilməyəcəyi qədər ziyan vurub. Biz bu savaşda öz xoşuyla Azərbaycan torpaqlarından bir qarış belə geri çəkilmək istəməyən hikkəli, təkəbbürlü, özünü məğlubedilməz hesab edən Ermənistan cəmiyyətinin, dünya ermənilərinin müqavimət, dirəniş damarını qırmışıq, ona real gücün nə olduğunu başa salmışıq. Onların sosial şəbəkələrdə qopardıqları “fırtına”ya baxmayın, elə sınıblar ki, bir daha çətin özlərinə gəlsinlər.

İndi azad etdiyimiz ərazilərdə, Ermənistan ordusunun hər hərəkətini nəzarətdə saxlamağa imkan verən yüksəkliklərdə mövqelərimizi möhkəmləndiririk. Heç kim bir neçə saat, yaxud bir neçə gün sonra Ermənistanda nələrin baş verəcəyini bilmir. Bundan sonra cərəyan edən bütün proseslər xeyrimizə işləyəcək, döyüşdəki uğurlarımız diplomatik müstəvidəki üstünlüklərimizlə davam edəcək.

Related posts

Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng etdi

Admin

İlham Əliyev “Haber Türk” telekanalına müsahibə verdi – YENİLƏNƏCƏK

Admin

Birinci vitse-prezidentin köməkçisi: Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır

Admin

Leave a Comment