Azərbaycan Qarabağ

Ermənistanın son hərbi təxribatı Azərbaycanın kənd təsərrüfatında böyük itkilərə səbəb olur – BƏYANAT

Kənd Təsərrüfatı Nazirliyi Ermənistanın Azərbaycan Respublikasına qarşı həyata keçirməkdə olduğu hərbi təxribatlarını qətiyyətlə qınayıb.

Nazirlikdən verilən məlumata görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı şəhər və rayonlardakı mülki əhalinin davamlı olaraq atəşə tutulması nəticəsində 3-ü uşaq olmaqla, 31 mülki şəxs həyatını itirib, 168 nəfər yaralanıb.

Bildirilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı rayonlarının təqribən 30 il ərzində işğalı və Ermənistan Respublikası silahlı qüvvələrinin hazırkı hərbi təxribatı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və bir milyondan çox qaçqın və məcburi köçkünün evlərinə qayıtmasını tələb edən 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri ilə ziddiyyət təşkil edir.

Məlumatda, həmçinin, Ermənistan təcavüzünün Azərbaycanın əkin sahələrinin 30 faizindən çoxuna, iş yerləri yaradan və kənd yerlərinin inkişafını təmin edən qida istehsalına və iqtisadiyyatın digər sahələrinə mənfi təsir göstərdiyi vurğulanıb.

Əlavə olunub ki, bu cür qanunsuz hərəkətlərin fermerlərin ailələrini dolandırması, layiqli və təhlükəsiz həyat sürmə qabiliyyətini məhdudlaşdırır və “COVID-19” pandemiyası şəraitində əsas vəzifə kimi davamlı qida təhlükəsizliyi sisteminin qurulmasına dair dünya miqyasındakı çağırışları nəzərə alaraq regional ərzaq təhlükəsizliyi üçün ciddi bir təhlükə mənbəyidir.

Hazırda, Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü intensiv məhsul yığımı dövrünə təsadüf edildiyi bildirilib. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub, təmas xəttində yerləşən kəndlərdə 500 başdan çox iri və xırdabuynuzlu heyvan tələf edilib, fermerlərin yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası məhv edilib və suvarma sistemləri sıradan çıxarılıb. Yüz mindən çox fermerin həyatına təsir edən bu münaqişə Azərbaycanın kənd təsərrüfatı sektorunda böyük itkilərə səbəb olur.

Qeyd edilib ki, Ermənistan tərəfindən törədilən bütün hərbi cinayətlər insan hüquqları, habelə beynəlxalq hüquq normalarına söykənən BMT-nin Davamlı İnkişaf Məqsədləri, FAO və Aİ-nin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə dair strategiyaları kimi qlobal sənədlərin əsaslandığı beynəlxalq norma və öhdəliklərin pozulmasının bariz sübutudur.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi özünün beynəlxalq tərəfdaşlarına müraciət edərək Ermənistan Respublikası tərəfindən törədilən və ciddi humanitar fəlakətə səbəb olan, kənd təsərrüfatı fəaliyyəti üçün görünməmiş bir təhlükə yaradan, yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ərzaq təhlükəsizliyi və aqrobiomüxtəlifliyini sarsıdan hərbi eskalasiyaları qətiyyətlə pisləməyə çağırıb.

Related posts

Heydər Əliyevin varlığı ermənilərin planlarını alt-üst edirdi – Prezident

Admin

Təslim olmuş işğalçıların görüntüləri yayıldı – FOTO

Admin

Cəbrayılın işğaldan azad edilmiş Şəybəy kəndinin görüntüləri – VİDEO

Admin

Leave a Comment