Qarabağ

Gecə gərgin döyüşlər gedib: Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib – RƏSMİ + VİDEO

Oktyabrın 9-da günün ikinci yarısından oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu hərbi əməliyyatlar müxtəlif intensivliklə davam edib, düşmənə atəş zərbələri endirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, altı ədəd D-20 və D-30 topu, üç ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, iki ədəd M55 “Zastava” zenit qurğusu, iki radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb. Xalqtv.az

Related posts

Düşmən mindən çox hərbçi itirdiyini etiraf etdi

Admin

Düşmənə sarsıdıcı zərbə: Çox sayda döyüş texnikası və canlı qüvvəsi məhv edildi – VİDEO

Admin

Düşmən növbəti dəfə Beyləqan rayonu və Gəncə şəhərinə raketlər atıb

Admin

Leave a Comment