Azərbaycan

Birinci vitse-prezidentin köməkçisi: Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır

Bu humanitar atəşkəsin ömrü ondan asılıdır ki, hansı dərəcədə erməni tərəfi öz öhdəliklərinə sadiqdir. Əgər onlar öhdəlikləri bundan sonra da pozmağa davam etsələr, Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərəkət edəcək”.

Bunu Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov söyləyib.

“Biz yalnız müharibə yolunu nəzərdən keçirmirik. Əgər bütün beynəlxalq ictimaiyyət deyir ki, sülhə də şans verək. Biz bu şansı vermişik. Sadəcə, Prezidentin deyiyi kimi, bu, Ermənistanın sonuncu şansıdır. Ancaq görünən odur ki, onlar bu şansdan bəhrələnmək fikrində deyillər. Biz həmsədr ölkələrdən reaksiya gözləyirik. Bu yalnız pislənməməlidir, Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq olunmalıdır ki, onlar öz çirkli əməllərindən vaz keçsinlər”, – o vurğulayıb.

Related posts

Mustafa Şentop: “Türkiyə zəfərə qədər Azərbaycanla bərabərdir”

Admin

Danimarkadan Azərbaycana BÖYÜK DƏSTƏK: Ermənistan təcili…

Admin

“İşbaz” iş başında yaxalandı və ya qanunsuz iddiaya qanuni cavab

Admin

Leave a Comment