Qarabağ

Düşmən Mingəçeviri atəşə tutub – RƏSMİ + FOTO

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir.

Baş Prokurorluqdan bildirilib ki, Düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb.

Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Xalqtv.az

 

Related posts

Ayətullah Məkarim Şirazi Qarabağın işğalına son qoymağa çağırış etdi

Admin

Ermənilərin Ağcabədini atəşə tutması nəticəsində iki nəfər yaralanıb – RƏSMİ

Admin

Erməni quldur separatçı rejimin “hökumət” nümayəndəsi məhv edildi

Admin

Leave a Comment