Azərbaycan

Ermənistan bununla barışa bilmədiyinə görə… – Deputat AÇIQLADI

Ermənistan Hadrutun işğaldan azad olunması və onun bizim nəzarətimizə keçməsi ilə heç cür barışa bilmir və mülki vətəndaşlarımızı hədəfə almaqda davam edir”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

O bildirib ki, Ermənistanın Gəncədə yaşayış binalarını hədəfə alması həmçinin, işğalçı ölkənin dövlət səviyyəsində terror siyasətini davam etdirməsidir: “Gəncəni atəşə tutmaqla düşmən ölkə vətəndaşlarımız arasında panika yaratmaq və döyüşün coğrafiyasını genləşdirməyə çalışsa da, əhali arasında əhval-ruhiyyə yüksək olaraq qalmaqdadır. Ermənilərə son şans verilmişdi. Anlamadılar. Ali Baş Komandamıza, Ordumuza güvənərək qələbə qazanacağımıza, erməni işğalına son qoyulacağına inanırıq. Bizim işimiz haqq işidir!”

Related posts

Prezident İlham Əliyev: Bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır

Admin

Mustafa Şentop: “Türkiyə zəfərə qədər Azərbaycanla bərabərdir”

Admin

Beş ildən sonra 3 uşaq atası olduğunu cəbhədə öyrəndi – VİDEO

Admin

Leave a Comment