Azərbaycan

Bişkekdə ikinci dəfə fövqəladə vəziyyət elan olundu

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov respublika paytaxtında ikinci dəfə fövqəladə vəziyyət elan edib. Birinci fərman Parlament tərəfindən təsdiqlənməmişdi.

Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat verib.

“Qırğızıstan Respublikasının Prezidenti Bişkek ərazisində təkrar fövqəladə vəziyyət rejimi tətbiq edilməsi barədə fərman imzaladı”, – deyə məlumatda bildirilib.

O da vurğulanıb ki, qərar parlamentin üç gün ərzində paytaxtda əvvəllər tətbiq edilmiş fövqəladə vəziyyət məsələsini nəzərdən keçirməməsi səbəbindən qəbul edilib.

Xatırladaq ki, Qırğızıstan Prezidenti bundan əvvəl 9 oktyabr (saat 20.00)  – 21 oktyabr (saat 08.00) tarixləri arasında Bişkek ərazisində fövqəladə vəziyyət tətbiq edilməsi barədə fərman imzalamışdı.  Xalqtv.az

Related posts

Ermənistan bununla barışa bilmədiyinə görə… – Deputat AÇIQLADI

Admin

Azərbaycandakı dini icmalar ordumuzun qələbə qazanması üçün dua etdilər – FOTO

Admin

Xarici İşlər Nazirliyindən atəşkəslə bağlı AÇIQLAMA

Admin

Leave a Comment