Hadisə+Cinay't

Filmlərdəki məşhur fəndi təkrarlamaq istədi, həyatından oldu

Adətən kinolarda filmin qəhrəmanı nəqliyyat vasitəsini son sürətlə sürərək açılmış körpüdən, dağılmış yoldan və sair bu kimi yerlərdən keçir. Lakin çox zaman tamaşaçılar bu fəndlərin kaskadyorlar tərəfindən və müəyyən təhlükəsizlik tədbirləri görüldükdən sonra həyata keçdiyini unudaraq, özləri etməyə çalışırlar.

Rusiyada belə bir “qəhrəmanlıq” ölümlə nəticələnib. Belə ki, Sankt-Peterburq şəhərində Neva çayı üzərində gəminin keçməsi üçün açılan körpüdə faciə yaşanıb.

Bu barədə “47channel” xəbər yayıb.

Məlumata görə, motosiklet sürücüsü qalxan müdafiə baryerini və işıqforun qadağan siqnalına, həmçinin bələdçinin bütün səylə xəbərdarlığına baxmayaraq, açılan körpüdən keçmək istəyib, amma çaya yıxılıb. O, elə hadisə yerindəcə həyatını itirib.

Qəza anı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Related posts

Aldığı əraziyə baxış keçirərkən içərisində insan qalıqları olan 300 çuval aşkarladı – FOTO

Admin

Bakıda maşınla qadını öldürüb qaçan şəxs tutuldu

Admin

Ermənistanın qadağan olunan silahlardan istifadəsinə görə cinayət işi açılıb

Admin

Leave a Comment