Azərbaycan

Hikmət Hacıyev: “Düşmənin məqsədi Azərbaycanda mülki əhalinin kütləvi şəkildə ölümünə nail olmaq idi”

Ermənilərin Gəncə şəhərində əhalinin sıx yaşadığı ərazini hədəfə almaqda məqsədi mülki əhaliyə zərər verməkdir. Şəhərin bu hissəsinin hədəfə alınmasında heç bir hərbi zərurət yoxdur.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev xarici diplomatlara Gəncədə baş verənlər barədə məlumat verərkən jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, düşmənin məqsədi Azərbaycanda mülki əhalinin kütləvi şəkildə ölümünə nail olmaq idi:

“Gördüyünüz kimi bu hücum da gecə saatlarında, əhalinin yatan saatlarında baş verib. Burada düşmənin məqsədi Gəncə sakinlərinin iradəsini qırmaq idi. Lakin onlar buna nail ola bilmədilər. Gəncə sakinlərinin eləcə də Azərbaycan xalqının iradəsi daha da güclənir. Ölənlər və yaralananlar mülki şəxslərdir və onların arasında azyaşlı uşaqlar var. Ermənilər tərəfindən mülki şəxslərin hədəf alınması normal haldır. Bu Ermənistanın silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilən məqamdır.

Ermənistanın aqressiv hərbi doktorinasında qeyd olunub ki, müharibə olduğu təqdirdə Azərbaycanın mülki əhalisini hədəfə alacaqlar. Onlar bunu açıq şəkildə bildiriblər. Gördüyünüz kimi Ali Baş Komandanın, prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız bu gün səfərbərdir, ədalət və haqq tələb edir. Azərbaycan xalqı sülhpərvər xalqdır. Azərbaycana qarşı bu mənfur müharibə Ermənistan tərəfindən başladılıb. Bu artıq zamanın dayandığı, Azərbaycan qarşı törədilən növbəti soyqrım aktıdır. Bu müharibə və hərbi cinayətdir. Bu böyüklükdə raketi atan hərbçilər və onlara əmr verən siyasətçilər onun necə nəticə verəcəyini gözəl bilirlər. Əgər bu addımı bilə-bilə atırlarsa, bu onların əsl xislətini göstərir”.

Related posts

“İşbaz” iş başında yaxalandı və ya qanunsuz iddiaya qanuni cavab

Admin

Hikmət Hacıyev Misir qəzetinə erməni işğalçılığından danışdı – FOTO

Admin

Prezident: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq, heç vaxt”

Admin

Leave a Comment