Dünya

Paşinyanın bu addımı gürcüləri qəzəbləndirdi: SƏRT ETİRAZ – FOTO/VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyanın Feysbuk paylaşımı kəskin etirazlara səbəb olub.

Paşinyan sosial şəbəkə hesabında Gürcüstanın Cavaxetiya bölgəsinin adını təhrif edərək, “Cavakx” adı ilə foto paylaşıb. Buna kəskin etiraz edən gürcülər bölgənin Cavaxetiya adlandırıldığını, “Cavakx” sözü ilə separatizm təbliğ edildiyini yazıblar.

Paşinyan şəkli guya Cavaxetiyadakı ermənilərin Qarabağ döyüşlərində Ermənistanın yanında olduğunu göstərmək üçün yayıb. Əslində isə şəkildə göstərilən mitinqdə Paşinyanın təqdim etdiyi kimi minlərlə yox, cəmi 300 nəfər olub.

Qeyd edək ki, Cavaxetiya Gürcüstan ərazisidir. Onun Ermənistana birləşdirilməsi yönündə illərdir bəzi qruplar daxildə və xaricdə fəaliyyət aparırlar.

“Cavakx” da separatçıların istifadə etdiyi addır. Belə ki, guya “Böyük Ermənistanın” əyalətlərindən biri “Cavakx” adlanırmış.

ideo əlavə olunub.

 

 

 

Related posts

Rusiyada dizel yanacağı çaya töküldü, fövqəladə vəziyyət elan edildi

Admin

Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular – ADLAR

Admin

Rəcəb Tayyib Ərdoğan Qətərdə erməni quldurluğundan danışdı

Admin

Leave a Comment