Azərbaycan Dünya

Türk generaldan Qarabağ AÇIQLAMASI: Nə lazımdırsa, etməyə hazırıq

“Azərbaycan ilə Türkiyə qardaşdır. Bizim bir-birimizdən ayrılmağımız mümkün deyil. Nə etmək lazımdırsa, etməyə hazırıq”.

Bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Ermənistanı barbarlıqda ittiham edən nazir sözlərinə belə davam edib: “Azərbaycanın torpaqlarını işğal edən təcavüzkar, barbar bir Ermənistan var. O insanlardan soruşmaq lazımdır ki, 30 il boyunca azərbaycanlı qardaşlarımız dialoq üçün gözlədi, siz nə etdiniz bu günə qədər? Bunun cavabı sıfırdır. Bu mübarizədə Türkiyə sonuna qədər Azərbaycanın yanındadır”.

O bildirib ki, Azərbaycan atəşkəs rejiminə tam əməl etdi: “Səmimiyyətsizlik edən Ermənistan isə atəşkəsə əməl etmədi. Raketlərlə dinc əhalini qətlə yetirdilər. Hələ də hücumlarına davam edirlər”.

Related posts

İtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb – FOTO

Admin

Bakı üstünlüyünü həm münaqişə zonasında, həm də danışıqlar masasında nümayiş etdirdi – MÜSAHİBƏ

Admin

Zelenski hansı halda hakimiyyətdən gedəcəyini açıqladı

Admin

Leave a Comment