Dünya

Zelenski hansı halda hakimiyyətdən gedəcəyini açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski Donbasdakı müharibəyə son qoyulmayacağı təqdirdə hakimiyyətdə qalmayacağını və dövlət başçısı vəzifəsindən getməyə hazır olacağını açıqlayıb.

Bu barədə o, BBC-nin “HARDtalk” verilişinə müsahibəsində deyib.

“Əgər mən müharibəni bitirə bilmərəmsə, bu o deməkdir ki, ölkələrimiz arasındakı bu faciəli hekayəyə son qoymağı bacaran başqa bir şəxs gəlməlidir, nə reytinq, nə də hakimiyyət dalınca getmirəm”, – deyə o bildirib.

Müvəqqəti işğal olunmuş ərazilərin hamısını geri qaytara bilib-bilməyəcəyinə dair sualı cavablandıran Zelenski buna inandığını qeyd edib:

“Əks təqdirdə, Ukrayna prezidenti olmazdım. Bu çox çətindir və burada bütün dünyanın köməyinə ehtiyacımız var, bu bir həqiqətdir. Ancaq mən inamımı itirmirəm”.

Eyni zamanda, Zelenski Donbasdakı müharibəyə son qoymağı çətin məsələ, Normandiya formatında danışıqları bərpa etməyi böyük irəliləyiş kimi qəbul edir.

O, xatırladıb ki, bir il ərzində Ukrayna Rusiya həbsxanalarında və işğal olunmuş ərazilərdə olan 140 vətəndaşını geri qaytara bilib. Bununla yanaşı, Donbasda da atəşkəsə əməl olunur.

Related posts

Elçin Əmirbəyov Hindistan televiziyasına Ermənistanın Gəncəyə növbəti raket zərbələrindən danışdı

Admin

Trampdan qərar: 25 dekabra qədər…

Admin

Vladimir Putin Azərbaycan və Türkiyə prezidentləri ilə danışıqlar planlaşdırmayıb

Admin

Leave a Comment