Qarabağ

Ermənilər Tərtəri atəşə tutur, 300-ə yaxın mərmi atıldı – FOTO

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutmaqda davam edir.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır, vətəndaşları ağır artilleriya atəşəinə tutur.

Məlumata görə, bu gün ərzində ermənilər tərərindən Tərtər şəhərini və ətraf kəndləri – Qazyan, Yuxarı Qaradağlı, Səhləbat və Əskipara kəndi ərazisinə ümumilikdə 300-ə yaxın top mərmisi atılıb.

Hazırda zərər dəymiş evlərin sayı araşdırılır.

İlkin məlumata görə, 10-dan çox evə ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Düşmənin rayon ərazisinə dayanmadan atdığı top mərmilərinin partlaması nəticəsində göyə tüstü qalxır.

Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür.

Related posts

Baş Prokurorluq Qarabağda döyüşən bu şəxslərə cinayət işi açdı

Admin

Daha bir məşhur erməni terrorçusu məhv edildi – FOTO

Admin

Ermənistan özünü yox edə biləcək SƏHVƏ YOL VERDİ: Türkiyəyə…

Admin

Leave a Comment