Hadisə+Cinay't Səhiyyə

Ölmüş şəxsi babaları bilib dəfn etdilər

Koronavirusa yoluxaraq vəfat edən qoca Rusiyanın Kemerovo vilayətinin Şabanov kəndində dəfn edilib.

“Vesti”nin məlumatına görə, bir müddət sonra qocanın nəvələri xəbər tutub ki, dəfn etdikləri şəxs onların babası deyil.

Xəstənin nəvəsi bildirib ki, babası əlillər üçün nəzərdə tutulan qocalar evində yaşayıb və ona COVID-19 diaqnoz qoyulduğundan qapalı tabutda dəfn edilib.

Üstündən bir həftə sonra qohumları tanınmaya dəvət edilib və məlum olub ki, dəfn etdikləri şəxs onların babası deyil.

Qarışıqlıq koronavirus xəstəsi olan 80 və 71 yaşlı xəstələrin qocalar evindən xəstəxanaya yerləşdirilməsi səbəbindən qaynaqlanıb.

80 yaşlı qoca reanimasiyada vəfat edib.

Lakin onu pandemiyaya yoluxan digər xəstənin adı ilə qeydiyyata alaraq dəfn üçün səhvən başqa ailəyə təhvil veriblər.

Related posts

SON DƏQİQƏ: Rusiya müxalifllərin təlim düşərgələrini vurdu – ÖLƏNLƏR VAR

Admin

Dayə səkkiz aylıq körpəni zibil qutusuna atdı

Admin

Sankt-Peterburqdakı azərbaycanlılar erməni həkimlə bağlı xəstəxana rəhbərliyinə müraciət etdi

Admin

Leave a Comment