Qarabağ

Ordumuz Paşinyanın önündə dayandığı raketləri DARMADAĞIN ETDİ – FOTO

Ermənistan ötən ilin dekabrında Rusiyadan sifariş verdiyi “Tor-M2KM” zenit-raket kompleksi bu gün Azərbaycan ordusu tərəfindən məhv edilib.

Ötən ilin dekabrında Ermənistanın “Tor-M2KM” zenit-raket kompleksini alması ilə bağlı məlumatı Nikol Paşinyan özü sosial media hesablarından bildirmişdi. Paşinyan hərbi avadanlığın önündə selfi çəkidirərək paylaşmışdı.

Paşinyan Ermənistanın “Tor-M2KM” ZRK-nin Hindistandan sonra ikinci istifadəçisi olduğunu da bildirmişdi.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bunlardan biri də “Tor-M2KM” raket kompleksidir.

Bundan əlavə dünən humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Paşinyanın önündə şəkil çəkdirdiyi raket kompleksi məhv edilib (FOTO) - Gallery Image

Paşinyanın önündə şəkil çəkdirdiyi raket kompleksi məhv edilib (FOTO) - Gallery Image

Paşinyanın önündə şəkil çəkdirdiyi raket kompleksi məhv edilib (FOTO) - Gallery Image

Related posts

Ruhanidən Qarabağ açıqlaması

Admin

Naxçıvan istiqamətində düşmən PUA-sı məhv edildi – RƏSMİ

Admin

Baş keşiş: Ermənistanın atəşi nəticəsində Gəncədə kilsəyə ciddi zərər dəyib

Admin

Leave a Comment