Dünya

Rusiyada terrorçuları zərərsizləşdirən polislər həyatlarını itirdilər

Rusiyanın Çeçenistan Respublikasının Qroznı şəhərində hüquq-mühafizə işçilərinə atəş açan dörd terrorçu zərərsizləşdirilib.

Rusiyanın Milli Terrorla Mübarizə Komitəsinin məlumat mərkəzinə istinadla xəbər yayıb.

Bildirilir ki, üç hüquq-mühafizə əməkdaşı terrorçuların açdığı atəş nəticəsində həyatını itirib.

“Hüquq-mühafizə orqanlarının səlahiyyətlilərinə təslim olma təklifinə cavab olaraq quldurlar atəş açıblar. Atışma zamanı dörd quldur zərərsizləşdirilib”, – deyə məlumatda qeyd olunur.

Hadisə yerində araşdırma aparılır. Ölən hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı barədə məlumatlar dəqiqləşdirilir.

Qərargahdan verilən məlumata görə, ərazidə terror aktları təhlükəsi var:

“Cəmiyyətə və dövlətin mənafelərinə ciddi zərər verə biləcək terror aktları planlaşdırılır. Cinayət fəaliyyətini boğmaq və nəticələrini minimuma endirmək üçün bütün lazımi tədbirlər görülür”. Xalqtv.az

Related posts

Mövlud Çavuşoğlu Bakıya gəlir

Admin

Fransanın qırmızı bülletenlə axtarışa verdiyi terrorçu Türkiyədə saxlandı

Admin

Baltalı kişi rəfiqəsini və onun beş uşağını girov götürdü – VİDEO

Admin

Leave a Comment