Qarabağ

Düşmən Tərtərdə yaşayış evinə top atdı: Ölən var – RƏSMİ

Bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulub.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, saat 09 radələrində Tərtər rayonu, Narlı qəsəbəsində yaşayan 1969-cu il təvəllüdlü Axundov Ədavət Zahid oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində həlak olub, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Related posts

Düşmənin komanda müşahidə məntəqəsi sıradan çıxarıldı: Çoxlu sayda ölən və yaralanan var – RƏSMİ

Admin

Azərbaycanda nazirliyin 52 əməkdaşı cəbhəyə yollandı – RƏSMİ + FOTO

Admin

Paşinyan Qarabağdan əlini üzdüErmənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı ərazilərin güzəştə gedilməsi sualına Dağlıq Qarabağda qurulmuş quldur rejimin rəhbərliyinin cavab verməli olduğunu deyib. Bu barədə o, “New York Times” qəzetinə verdiyi müsahibəsində bildirib. “Paşinyan münaqişənin mümkün sülh yolu ilə həll olunacağı təqdirdə Ermənistanın hər hansı bir ərazini təslim etməyə hazır olub-olmadığını söyləməkdən imtina etdi və bu sualın onun deyil, qondarma “Dağlıq Qarabağ rəhbərliyi” tərəfindən cavablandırılmalı olduğunu vurğuladı”, – nəşrdə qeyd edilib.

Admin

Leave a Comment