Azərbaycan Qarabağ

“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” – RƏSMİ

Azərbaycan Ermənistanla sərhədyanı dövlətdir. Ermənistan silahlı qüvvələri şəhərlərimizə zərbələr endirirlər”.

Bunu Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev atəşkəs qərarından sonra cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünən düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya da düşə bilərdi:

“O zaman zərər törədə və infrastruktura ziyan dəyə bilərdi. Kəşfiyyat məlumatlarına görə, Ermənistan Xankəndi ətrafında Ballıca yaşayış mövqeyindən “Toçka-U” raketi ilə şəhərlərimizə zərbələr endirib”.

“Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində  “Elbrus” raketi yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin alay Ermənistanın Stepanavan şəhərində dislokasiya olunub”, – deyə general əlavə edib.

Related posts

İşğaldan azad edilmiş torpaqlarda yeni tədqiqat işlərinə başlanılır – RƏSMİ

Admin

Ekspert: “Azərbaycan qoşunları xeyli irəliləyib

Admin

Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? – RƏSMİ AÇIQLAMA

Admin

Leave a Comment