Qarabağ

Ermənistanın hücumları nəticəsində bölgələrdə 40-a yaxın məktəb dağılıb – RƏSMİ

“Ermənistanın hücumları nəticəsində bölgələrdə 40-a yaxın məktəb dağılıb”.

Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, Ermənistanın hücumları nəticəsində üç şagird ölüb, 15 şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

“Ermənistan tərəfindən qəsdən törədilən bu cinayətlər nəticəsində dinc əhali arasında da ölənlər var. 1221 təhsil müəssisəsi öz fəaliyyətini distant təhsilə keçirib.

Mövcud vəziyyətdə biz inanırıq ki, Azərbaycan ordusu düşmənə layiqli cavabını verir. Əminik ki, proseslər yekunlaşdıqdan sonra təhsil müəssisələri də öz fəaliyyətini bərpa edəcək”.

Related posts

MN: Düşmən Goranboy, Tərtər və Ağdamı atəşə tutur

Admin

Cəbhədə şəhid olan Denis Proninin həyat yoldaşı: “Müharibəyə tərəddüd etmədən, könüllü olaraq getdi” – FOTO

Admin

Bərdəyə raket hücumu: 19 ölü, 60 yaralı – YENİLƏNİB + RƏSMİ/VİDEO

Admin

Leave a Comment